Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir - FOTO

 14:35 14.10.2026     82

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.

Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilirAzərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir

Vumart və Güvən reklamı Vumart Güvən