Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşdü - FOTO
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-mayor Ruslan Mukambetov ilə görüşüb.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
















