Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama VERDİ
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevə hələlik baş çəkməyib".
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib.
"Bizim bu məsələ ilə məşğul olmaq üçün mandatımız var. Hazırda görüş baş tutmayıb. Bu məsələ ilə bağlı Ermənistan hökuməti ilə dialoq aparırıq", - deyə Amatuni qeyd edib.












