Azərbaycan və BƏƏ pilotları döyüş tapşırıqlarını yerinə yetirdilər - VİDEO

 15:19 17.10.2026     57

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.

Müdafiə Nazirliyindən Redaktor.az-a bildirilib ki, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.

Hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

 

Vumart və Güvən reklamı Vumart Güvən