Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatdı - FOTO

 19:10 29.10.2026     62

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, plana uyğun olaraq, yaralıların təxliyəsi, humanitar yüklərin və şəxsi heyətin daşınması, eləcə də aşağı hündürlükdə uçuşlar icra edilib. Bununla yanaşı, aviasiya vasitələrində yarana biləcək müxtəlif nasazlıqların aradan qaldırılması zamanı heyətlərin fəaliyyəti yoxlanılıb.

NATO qiymətləndiricilər qrupu tərəfindən bəyan edilmiş helikopter cütlüyü və onun ekipaj heyətinin, o cümlədən aidiyyəti bölmələrin imkan və qabiliyyətləri yüksək qiymətləndirilib.

222
Vumart və Güvən reklamı Vumart Güvən