İranı nüvə təhlükəsi gözləyirmi? - Hərbi ekspertdən AÇIQLAMA

 13:49 04.11.2026     78

Xəbər verdiyimiz kimi, ABŞ ilə hərbi gərginliyin yüksəldiyi və regionda yeni müharibə riskinin müzakirə olunduğu bir şəraitdə İran hökuməti mümkün nüvə partlayışı və ya radiasiya təhlükəsinə qarşı vətəndaşlarına rəsmi xəbərdarlıq edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, ABŞ son 8 ay ərzində dəfələrlə İrana hava zərbələri endirib, lakin bu zərbələr ABŞ-nin İran üzərində mütləq qələbəsi ilə nəticələnməyib və vəziyyət qeyri-müəyyən olaraq qalır:

"Belə olan halda, bir çoxları ABŞ-nin İrana növbəti zərbələri endirməsi ehtimalını yüksək qiymətləndirirlər. Lakin mənə elə gəlir ki, hazırkı vəziyyətdə bu, real görünmür. Çünki ABŞ-nin nüvə arsenalını istifadəyə hazırlaması prosesinə dair heç bir əlamət mövcud deyil. Digər tərəfdən, ABŞ-nin nüvə silahından, hətta taktiki nüvə silahından istifadə etməsi digər ölkələr, o cümlədən Rusiya üçün presedent yarada bilər. Bunun isə dünya və bəşəriyyət üçün kifayət qədər ağır nəticələri ola bilər. Ona görə də hazırda ABŞ-nin İrana qarşı nüvə silahından istifadə etməsi ehtimalını real hesab etmirəm".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən