Əsgərlərimiz and içdi - FOTO - VİDEO

 16:40 08.11.2026     75

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Redaktor.az xəbər verir ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər. 

Andiçmə mərasiminin 8 Noyabr - Zəfər Gününə təsadüf etməsinin şəxsi heyət üçün xüsusilə dəyərli və yaddaqalan olması, bu günün şəxsi heyət üçün ikiqat bayram olması vurğulanıb.

Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra hərbi qulluqçular təntənəli marşlarla tribunaların önündən keçiblər.

Sonda şəxsi heyət üçün andiçmə mərasimi və 8 noyabr - Zəfər Günü ilə əlaqədar konsert proqramları təşkil edilib.

 

2222222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən