Zakir Həsənov onlara general rütbələrini təqdim etdi - FOTO

 10:07 17.11.2026     80

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Zakir Həsənov onlara general rütbələrini təqdim etdi - FOTOLAR

Zakir Həsənov onlara general rütbələrini təqdim etdi - FOTOLAR

Vumart və Güvən reklamı Vumart Güvən