"Eternity-2026” təliminin iştirakçıları Zəfər Parkını ziyarət etdilər - FOTO

 09:14 18.11.2026     29

“Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.

Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Medial

Medial

Medial

Vumart və Güvən reklamı Vumart Güvən