Əsgər 75 il sonra DƏFN EDİLDİ

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı həlak olmuş hərbi qulluqçusu ölümündən 75 il sonra doğulduğu İndiana ştatında dəfn edilib.
Redaktor.az "Associated Press"-ə istinadən istinadən xəbər verir ki, sıravi əsgər Fred Frit 1943-cü ilin noyabrında 18 yaşında Qilberta adalarında, Betio qəsəbəsi yaxınlığında döyüş zamanı həlak olub. Onun cəsədi həmin vaxt tapılmayıb və Frit rəsmən 1949-cu ildə həlak olmuş elan edilib.
Əsgərin cəsədinin qalıqları 72 il sonra - 2015-ci ildə döyüşlərdə itkin düşən Amerika əsgərlərinin axtarışı ilə məşğul olan "History Flight" təşkilatının səyləri nəticəsində tapılıb. Cəsədin qalıqlarının Fritə məxsus olmasını müəyyənləşdirmək DNT analizi nəticəsində mümkün olub.
Rüfət Xəlil / REDAKTOR.AZ