Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO

 11:07 21.12.2019     627

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, məşğələlər zamanı HHM bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.