Hərbçilərimiz Moskvada paradda iştirak edəcək

 13:08 05.02.2020     958

Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edəcək.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.