Cəbhənin Qazax istiqamətində nə baş verir? - Yüksəklikləri itirən düşmən... / VİDEO

 14:57 09.03.2020     5020

2018-ci ilin sonlarında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən qərara alındı ki, Azərbaycan-Ermənistan sərhəd xəttinin müəyyən hissələri Sərhəd Qoşunlarının mühafizəsinə verilsin. Beləcə Qazax-Ağstafa  rayonları istiqamətində Ermənistanla sərhəddə dayanan Müdafiə Nazirliyinin briqadası ehtiyata göndərilərək ərazinin müdafiəsi və mühafizəsinin həyata keçirilməsi Dövlət Sərhəd Xidmətinə (DSX) tapşırıldı. Artıq 1 ildən bir neçə ay artıqdır ki, ərazidə DSX-nın Qazax Əlahiddə sərhəd diviziyası döyüş növbətçiliyi aparır.

Redaktor.az xəbər verir ki, DSX ərazini təhvil alandan bir neçə ay sonra ermənilər təxribata başladılar. Bildiyiniz kimi 2019-cu ilin ortalarında düşmən Babakər dağı və 2-ci Şıxlı kəndi istiqamətində – Azərbaycan-Gürcüstan-Ermənistan dövlət sərhədinin birləşdiyi nöqtədə, təxminən 4-5 km enində bir ərazidə irəliləməyə çalışdı. Lakin DSX  tərəfindən düşmənin bu təxribatı vaxtında aşkar olunaraq qarşısı alındı.

Bəs, son günlər cəbhənin Qazax istiqmətində nə baş verir?

Daha ətraflı videodan izləyin: