SON DƏQİQƏ: Cəbhədə gərgin anlar yaşandı - VİDEO

 13:20 13.03.2020     8503

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Bu barədə Redaktor.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, martın 13-də saat 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.