Koronavirus

Müharibə başlasa, ordumuz bu silahlardan istifadə edəcək - SİYAHI

 16:42 13.03.2020     514

"Azərbaycan Silahlı Qüvvələrinin inkişaf dövrünü üç mərhələyə bölmək olar: 1991-1993-cü illəri birinci, 1993-2005-ci illəri ikinci, 2005-ci ildən başlayaraq indiyə qədər davam edən müddəti isə üçüncü dövr kimi qiymətləndirmək olar”.

Bunu Redaktor.az-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

O bildirib ki, sadaladığı ilk iki dövrdə ordumuz formalaşma və təşkilatlanma mərhələlərini keçib:"2005-ci ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir silahlı birləşmələr mərhələsinə qədəm qoyub. Bu proses indi də davam edir. 2005-ci ildə başlayaraq təkcə Müdafiə Nazirliyinin timsalında hərbi birləşmələr yeni texnika, silah-sursat və müasir orduların tələbatlarına uyğun təhcizatla təmin olunub. 2013-cü ildən isə bu proses yeni mərhələyə daxil olub və daha da sürətləndirilib. Azərbaycan Ordusu SSRİ zamanından miras qalan zirehli texnika, tank, atıcı silahlar, hərbi hava və hava hücumundan müdafiə sistemləri, raket-artilleriya qurğuları üzrə öz texnika parkını tam yeniləyib. Bundan başqa müasir döyüş aparılması üçün tələb olunan Pilotsuz Uçuş Aparatları (PUA) parkının yaradılması üzərində aparılan işlər də öz müsbət nəticəsini verib". 

"Biz bunu 2016-cı ilin aprelində qısa müddətli döyüş əməliyyatları zamanı gördük. Qısa müddətdə düşmən kamikadze PUA-larından aldığı zərbənin şokunu hələ də yaşayır. Son illərdə Ordumuzun silah-texnika arsenalına "LORA” və "Polonez” raket, "Spyder” zenit-raket kompleksləri , "Heron” və "Hermes-450” pilotsuz uçuş aparatları, "Dəmir qübbə” hava hücumundan müdafiə sistemi daxiil edilib. "Dəmir qübbə” müasir radarlar sayəsində 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və "Arrow”, "Barak-8” raketi ilə təchiz edilib. Yəni, bununla "İsgəndər M” (500 km) və "İsgəndər E” (280 km) raketlərini zərərsizləşdirmək mümkündür. Bundan başqa Т-90S tankı, PDM-3, ZTR-82A, 152 mm-lik "Msta-S”özüyeriyən artilleriya qurğusu, 220 mm-lik ТОС-1A "Solntsepyok” ağır odsaçan sistemi, XRİZANTEMA-S özüyeriyən tank əleyhinə kompleksi, 120 mm-lik 2 S31 "Vena” özüyeriyən artilleriya qurğusu, OSA-1T zenit raket kompleksi, yüksək mobilliyi ilə seçilən BUK-МB zenit-raket kompleksi, S-300 FAVORİT zenit raket sistemi və digər texnikalarla ordumuzun imkanları gücləndirilib”.

Ekspert bildirib ki, ordu üçün yalnız müasir silah və texnika alınmır, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır: "Mənzillərin verilməsi, əsgər kazarmalarının yenidən qurulması, qida və geyim problemlərinin birdəfəlik həlli təchizat məsələsində ordumuzun çox böyük uğurlar əldə etdiyinə işarədir.

Azərbaycan Ordusunun döyüş qabiliyyəti heç kimdə şübhə yaratmamalıdır. İldə onlarla müxtəlif miqyaslı təlimlər keçən ordumuz işğal olunan ərazilərin azad olunması, ölkənin kənar müdaxilələrdən qorunması üçün tam hazırdır. Bunu Ermənistanda da bilirlər. Rusiyanın müxtəlif bəhanələrlə Ermənistanı silahlandırmasına baxmayaraq, döyüş meydanında Azərbaycan Ordusuna qalib gəlmək şansının və imkanının olmadığını ermənilər yaxşı anlayır.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri də silahlı qüvvələrimizin təchizatı ilə bağlı ortaya çıxa biləcək narahatlıq da yoxdur”. //Report