Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik olmayacaq - RƏSMİ

 12:30 23.03.2020     897

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

Nazirlikdən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.