Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

 09:55 27.03.2020     1018

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Müddətin uzadılması koronavirus infeksiyası ilə bağlıdır.

Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.