Hərbi xidmətə çağırış müddəti uzadıldı

 11:33 30.03.2020     922

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb.

Redaktor.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb.

Hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən