Hərbi xidmətdən xəstəlik adı ilə yayınanlara pis xəbər - BAŞLAYIR...
Xəstəlik adı ilə hərbi xidmətdən yayınmaq mümkün olmayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, altsistem yaradıldıqdan sonra 6 ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatlar xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil ediləcək. Həmçinin hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin məlumatlar altsistemə daxil edilməsi təmin olunacaq.
Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara əlçatanlığı artıracaq. Eyni zamanda, sənədlərin kağız daşıyıcıda olması səbəbindən ehtimal olunan qanun pozuntusu riskləri də tam aradan qalxmış olacaq.












