Hərbi xidmətə qəbul xüsusi qaydalarla tənzimlənəcək

 21:00 01.05.2020     358

Hərbi hissələrdə xidmətini tamamlayanların evə dönməsi və hərbi xidmətə qəbulun aparılması prosesi xüsusi qaydalarla tənzimlənəcək.

Redaktor.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı hərbi xidmətdə də qaydalara əməl edilməsə, insanları qorumaq çətin olar: “Bu baxımdan hərbi xidmət sahələrində də karantin tədbirləri davam etdiriləcək”.

R.Bayramlı əlavə edib ki, koronavirusdan ölən şəxslərin ailələri dövlətin diqqət mərkəzindədir: “Koronavirusla mübarizə aparan fədakar həkimlərin, peşəsi ilə əlaqədar müəyyən zərərçəkənlərin təltif edilməsi və müəyyən adlarla mükafatlandırılması üçün hökumətlə koordinasiyalı şəkildə çalışacağıq”