Türkiyənin istehsal etdiyi dəhşətli silah - ABŞ-dan daha üstündür... / FOTOLAR

 15:24 06.06.2020     2092

Almaniyanın nüfuzlu qəzet və jurnallarında türk PUA-ları (Piltosuz Uçuş Aparatı) haqda maraqlı məqalə dərc edilib.

Redaktor.az xəbər verir ki, ötən həfət "Der Spiegel" jurnalı, bu həftə isə "Die Welt" Türkiyə istehsalı olan PUA-ların yüksək keyfiyyətindən, döyüş bacarığından yazıb. 

Yerli Yazılımda Çığır Açan Proje: Bayraktar TB2 - Vizyoner Genç

Türkiyənin istehsal etdiyi PUA-lar ABŞ-ın "MQ-9 Reaper" PUA-sı ilə müqayisəsi edilib və Türkiyə ordusunun döyüş meydanında PUA-lardan daha yaxşı istifadə etdiyi qeyd olunub. 

Bayraktar TB2 SİHA'sı 100 bin uçuş saatini tamamladı

"Türkiyənin yerli istehsalı olan "Bayraqdar TB2" PUA-sı ucuz və effektivdir. Ankara inkişaf etdirdiyi texnologiya ilə bu sahədə digər ölkələrin marağına səbəb olub. "Bayraqtar TB2" görünüşcə amerikalıların "MQ-9 Reaper" adlı PUA-sına bənzəyir. Hər ikisi pilotsuz taktiki təyyarədir. Bu cür PUA-lar çox vaxt fərdi hədəflərə qarşı seçici şəkildə istifadə olunur. Ancaq "Bayraktar TB2" "MQ-9 Reaper"dən daha effektivdir. "MQ-9 Reaper" kimi, "Bayraktar TB2"-də 24 saatdan çox uçur, müşahidələr aparır və hədəfləri məhv edə bilir", -deyə müəllif qeyd edib.

Tamamilə avtomatik idarə olunan "Bayraktar TB2" tankları məhv edə biləcək ağıllı MAM-L raketləri ilə təchiz edilib. 

Sevda Ulutau / Redaktor.az