Azərbaycanda yüksək vəzifəli şəxs işdən azad olundu

 18:44 11.06.2020     949

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Tofiq Tağıyev yuxarı vəzifəyə - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.