Azərbaycanda bu tələbələrə əlavə təqaüd VERİLƏCƏK

 12:41 08.05.2024     352

Bu ildən etibarən Qarabağ Universitetinə tələbə qəbulu həyata keçiriləcək. Bu universitetdə təhsil alacaq tələbələr təhsil haqqından azad olunmaqla yanaşı, dövlət sifarişində oxuduqları üçün təqaüd alacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndiyev bildirib.

“Tələbələr pulsuz yataqxana və kompyüterlə təmin olunacaqlar. Bunlarla yanaşı, hüquqşünaslıq və mühəndislik ixtisaslarında 500 baldan yüksək nəticə göstərənlərə əlavə təqaüdün ödənilməsi də nəzərdə tutulub”.

Qeyd edək ki, Qarabağ Universitetində ilk mərhələdə 24 ixtisas tədris olunacaq.