Dönərdən zəhərlənənlərin 15-i uşaqdır

 10:55 08.05.2024     348

Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininn (TƏBİB) məlumatına görə, zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb:

“Mayın 7-si saat 17:40-dan başlayaraq  zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. 

Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”.