Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO

 17:39 07.05.2024     180

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Redaktor.az xəbər verir ki, baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

222