Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü ALQIŞLADI

 14:02 08.05.2024     190

Rusiya Federasiyası Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Turan İSMAYIL