"Üçtərəfli bəyanat aktuallığını saxlayır" - Rusiya XİN

 14:44 08.05.2024     174

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu, əlbəttə ki, hazırkı şəraitdə aktuallığını qoruyur. Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm yoxdur”, - məlumatda qeyd edilib.