Müğənnidən ərinə sevgi mesajı yollayan həmkarına: "Sənə çox ayıb olsun!"

 16:26 08.05.2024     381

Müğənni Arzu Qarabağlı həyat yoldaşından günlərdir ayrı yaşamasının səbəbi ilə bağlı "Rəngarəng səhər"də danışıb.

Redaktor.az xəbər verir ki, xanım müğənni həyat yoldaşının telefonuna gecə saatlarında gələn mesajların münasibətlərindəki soyuqluğa səbəb olduğunu bildirib.

Arzu bunları deyib: "Gecə saat 2-3. Telefonuna mesaj gəlir, özü də kimin tərəfindən gəlir... Hər birimizin tanıdığı bir xanım müğənnidən! Gecənin o vaxtı mənim həyat yoldaşıma sevgi mesajı yazır. Mən o xanım müğənninin adını bir gün mütləq açıqlayacam. Özü də mənimlə hər zaman münasibəti yaxşı olub. Buradan ona səslənirəm ki, sənə çox ayıb olsun".