Zidan Avropa nəhəngini çalışdırmaqdan imtina etdi

 14:31 06.05.2024     176

“Real Madrid” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan “Bavariya”nı çalışdırmaqdan imtina edib.

Redaktor.az xəbər verir ki, fransalı mütəxəssis “Real Madrid” azarkeşi olduğunu və Çempionlar Liqasının yarımfinalında da “Kral” klubunu dəstəkləyəcəyini bildirib.

Zinəddin Zidan gələcəkdə yenidən “Real Madrid” klubunu çalışdırmaq istədiyini və başqa komandaların təkliflərini əslə qəbul etməyəcəyini deyib.

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”i çalışdırdığı müddət ərzində üç dəfə Çempionlar liqası, iki dəfə UEFA Super Kubokunu, iki dəfə İspaniya Super Kubokunu başı üzərinə qaldırıb.