“Fənərbağça” bugünkü görüşə dörd itki ilə çıxacaq

 19:36 06.05.2024     258

“Fənərbağça” klubu “Konyaspor”la görüşdə meydana dörd itki ilə çıxacaq.

Redaktor.az xəbər verir ki, “sarı-lacivərdlər”in heyətində ciddi itkilər var. Belə ki, Leandro Bonuççi, Serdar Aziz, Cayden Ostovolde və İsmail Yüksek zədə üzündən komandasına kömək edə bilməyəcəklər.

“Fənərbağça”nın məşqçisi İsmail Kartal isə bugünkü qarşılaşmadan qalib ayrılacaqlarına əmin olduğunu deyib.

Qeyd edək ki, “Konyaspor” - “Fənərbağça” görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.