"Bayer 04" komandası yeni rekorda imza ata bilər

 20:54 06.05.2024     288

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər.

Redaktor.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-u UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Roma"ya məğlub olmazsa, "Benfika"nın 59 il əvvəlki rekordunu üstələyəcək.

48 matçda rəqiblərinə uduzmayan almanlar, bu göstərici ilə Portuqaliya klubunun 1963-1965-ci illər aralığındakı uğurlu nəticəsinə şərik olub. "Bayer 04" yenilməzlik seriyasını 49 matça yüsəldəcəyi təqdirdə, yeni rekord müəyyənləşdirəcək.

Qeyd edək ki, "qırmızı qaralar" cari mövsüm Bundesliqada vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.