Çempionlar Liqasında ilk finalçı məlum oldu

 08:59 08.05.2024     203

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Redaktor.az xəbər verir ki, yeganə qarşılaşmada Fransa PSJ-si doğma meydanda Almaniya təmsilçisi "Borrusiya Dortmund"la üz-üzə gəlib. İlk görüşdə olduğu kimi, bu matçda da dortmundlular 1:0 hesabı ilə qalib gəliblər.

Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub.

Bununla da Almaniya nəhəngi adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı bu gün İspaniyada "Real Madrid" və Almaniyanın "Bavariya" komandaları arasında baş tutacaq.