Konfrans Liqasında ilk finalçı bu gün müəyyənləşəcək

 10:57 08.05.2024     158

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək.

Redaktor.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.