Dünya çempionunun titulu əlindən alındı

 14:26 08.05.2024     223

Dünya Boks Şurasının (WBC) orta çəkidə çempionu Cermall Çarlo titulundan məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə WBC bəyanat yayıb.

ABŞ-dən olan boksçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə və daha sonra polisin dayanmaq əmrinə məhəl qoymadığına görə bu aqibətlə üzləşib.

WBC dominikanlı Karlos Adamesi orta çəkidə çempion elan edib.