Ukrayna vətəndaşları Rusiyada məhdudiyyətsiz qala biləcəklər - ŞƏRTLƏR

 17:09 08.05.2024     159

Ukrayna vətəndaşları barmaq izi qeydiyyatından keçmək, fotoşəkil çəkmək və tibbi müayinədən keçmək şərti ilə qalma və işləmə müddətinə məhdudiyyət qoyulmadan Rusiyada qala bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Ukrayna vətəndaşları və "Donetsk Xalq Respublikası"nın və ya "Luqansk Xalq Respublikası"nın vətəndaşı olan şəxslər üçün Rusiya Federasiyasının ərazisində qalma müddəti məhdudlaşdırılmadan qalmaq və icazəsiz əmək fəaliyyəti ilə məşğul olmaq hüququ saxlanılır”, - mətbuat xidmətindən bildiriblər.

Daxili İşlər Nazirliyi əlavə edib ki, barmaq izi qeydiyyatı, fotoşəkil çəkdirilməsi və tibbi müayinə prosedurlardan keçdikdən sonra vətəndaşlara Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanları tərəfindən standart blankda (“yaşıl kart”) tərtib edilmiş müvafiq sənəd verilir. 

T.İSMAYIL