İsrail ordusu Hizbullahın 20-dən çox hərbi obyektini vurdu

 17:25 08.05.2024     163

İsrail Müdafiə Qüvvələrinin (IDF) qırıcıları və artilleriyası Livanın cənubunda şiə Hizbullah hərəkatının iyirmi hərbi obyektinə zərbələr endirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri artilleriya və qırıcı təyyarələri Livanın cənubundakı Ramya bölgəsində Hizbullahın 20-dən çox terrorçu obyektinə, o cümlədən hərbi binalara və terror infrastrukturuna zərbələr endirib", - deyə açıqlamada deyilir.

Bundan əlavə, “qırıcı təyyarələr bu yaxınlarda Livanın cənubundakı Marvahina və Kfarqela bölgələrində Hizbullahın hərbi obyektlərinə və terrorçuların infrastrukturuna zərbələr endiriblər”, - mətbuat xidməti əlavə edib. 

T.İSMAYIL