Poroşenko Donbass və Xarkovu Rusiyaya verməyi təklif edir

 18:18 08.05.2024     333

Kiyevli politoloq Vadim Karasev bildirib ki, Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun ətrafının nümayəndələri Donbass və Xarkov ərazilərinin Rusiyaya verilməsini təklif edirlər.

Redaktor.az xəbər verir ki, “Bəli belədir” yutub kanalına müsahibə verən ekspertin sözlərinə görə, Poroşenkoya yaxın insanlar kifayət qədər ciddi şəkildə Donbasa yaxınlaşmamağı və qoşunları Dneprdən Ukraynanın içinə çəkməyi təklif edirlər.

Eyni zamanda, Karasev özü hesab edir ki, Ukrayna rəhbərliyi insanların və ərazilərin qorunması problemini kompleks şəkildə həll etməlidir.

O, İstanbul razılaşmalarını misal gətirərək böhranın həlli üçün diplomatik üsullardan fəal istifadə etməyə çağırıb.

Bundan əvvəl məlum olub ki, istefasından sonra uzun müddət ictimaiyyət qarşısına çıxmayan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı gözlənilmədən media sahəsində fəallaşıb.

General Kiyev meri Vitali Kliçko ilə fotosunu dərc edib.

Sultan AYXAN