Məktəbdə şagirdin çantasındakı qumbara partladı

 18:42 08.05.2024     328

Rusiyanın Sankt-Peterburq şəhərində orta məktəbdə 6-cı sinif şagirdlərindən birinin bel çantasında pnevmatik qumbara partlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mash on the Moika” teleqram kanalı məlumat yayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlərin gəldiyi qeyd edilir.

Kanalın məlumatına görə, tələbə qumbaranı mağazadan alıb və dostlarına göstərmək üçün məktəbə gətirib.

Nəticədə qumbara tələbənin bel çantasında partlayıb.

Sultan AYXAN