Məşhur müğənni Kalben saxlanıldı

 10:46 09.05.2024     185

Türkiyənin məşhur müğənnisi Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni polisə verdiyi ifadəsində narkotik vasitəni satmadığını, özünün istifadə etdiyini bildirib.

Evində aparılan axtarışlar zamanı ümumi çəkisi 15 qram olan “skunk” tipli narkotik vasitə ilə birlikdə 2 min avro, 730 dollar və 1500 TL götürülüb.

222