Polad Bülbüloğluna qarşı erməni təxribatı - RUSİYA

 22:25 11.07.2020     816

Bu ili  9 iyul tarixində MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin və MDB Humanitar Əməkdaşlıq Şurasının onlayn iclası keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Redaktor.az-a verilən məlumata görə, iclasda Fondunun İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, İcraiyyə Komitəsinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, IFES-in icraçı direktoru Anatoli İksanov, İcraiyyə Komitəsi sədrinin müavini - MDB İcraiyyə Komitəsinin sədr müavini Ağbay Smagulov və MDB İcraiyyə Komitəsinin digər aparıcı üzvləri, habelə Rusiya Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Polad Bülbüloğlunun sədrliyi ilə keçirilən iclasda Fondun aktual məsələlərinə baxılıb.

Ermənistan Respublikasının nümayəndəsi, Ermənistan Respublikası Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini Ara Hzmalyan gözlənilmədən Fondunun İdarə Heyətinin sədrinin vaxtından əvvəl yenidən seçilməsi məsələsini gündəmə əlavə etməsini qaldırıb.

Məlumat üçün bildiririk ki, Fondunun İdarə Heyətinin sədri 2 il müddətinə seçilir. 2010-cu ildən bəri sədr Polad Bülbüloğlu bu təşkilatının sədridir. Yeni seçkilərin 2020-ci ilin sonlarına keçirilməsi nəzərdə tutulur.

Bu təxribat iclas iştirakçılarının mənfi reaksiyasına səbəb olub. Lakin Polad Bülbüloğlu açıq demokratik seçkilərin keçirildiyi daxili qaydalara əsasən, Ara Hzmalyanın bu təklifini qəbul edib və məsələni səsə qoyub. Bu səsvermə nəticəsində Ermənistan nümayəndəsinin təklifi sarsıdıcı məğlubiyyətə uğrayıb. //Trend