Cəbhədəki vəziyyətlə bağlı KTMT-nin təcili iclası keçiriləcək

 12:48 13.07.2020     1317

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.

“İyulun 12-si Ermənistan-Azərbaycan sərhədində, Tavuş istiqamətindəki qarşıdurma ilə əlaqədar KTMT-nin baş katibi Stanislav Zas iyulun 13-ü KTMT-nin Daimi şurasını təcili iclasa çağırıb”, - deyə məlumatda deyilir.