Cəbhədəki döyüşlərlə bağlı RUSİYADAN AÇIQLAMA

 14:14 13.07.2020     3393

"Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını keçirir".

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda vurğulanıb. //APA