GUAM Ermənistanın təxribatını pisləyib

 19:12 13.07.2020     2052

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı aqressiyasını pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsində yazılıb:

"GUAM-ın Baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqaməti boyu etdiyi hücumları pisləyir. Biz yenə də qeyd edirik ki, münaqişələr GUAM regionunun rifahı, stabilliyi və firavanlığına əngəldir".