BMT Baş katibi atəşi dayandırmağa çağırdı

 09:19 14.07.2020     2059

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib:

“Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır”.

Təşkilat rəhbəri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, “bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında” göstərdiyi səyləri tam dəstəklədiyini bildirib.