"Ordumuz düşmənə ağır zərbələr endirir" - QƏNİRƏ PAŞAYEVA

 15:56 14.07.2020     4172

"Düşmən gizlətməyə çalışsa da, kifayət qədər ciddi itkilər verib. Ordumuz tərəfindən düşmən geri otuzdurulub və bütün təxribatlara sərt şəkildə cavab verilir".

Redaktor.az xəbər ki, bu sözləri hazırda cəbhə bölgəsində olan millət vəkili Qənirə Paşayeva deyib. O, insanları yalan məlumatlara, dezinformasiyalara deyil, ancaq rəsmi məlumatlara inanmağa çağırıb:

“Ordumuz düşmənə yüksək səviyyədə cavab verir və onların bütün təxribatlarının qarşısı alınır. Onlar daha ağır vəziyyətlə üzləşəcəklər”.

Mahir Xəttab / Redaktor.az