Orduxan özünü ifşa etdi: Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq...

Hollandiyada yaşayan azərbaycanlı mühacir Orduxan Bəbirov sosial şəbəkədə yayılan bir videgörüntüdə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini etiraf edib.
Redakor.az xəbər verir ki, Orduxan Bəbirov həmin videogörüntüdə iddia edir ki, guya, xaricdəki ermənilərin fəallaşmasında və azərbaycanlılara qarşı aqressiv davranmasında məqsəd bəzi azərbaycanlı mühacirləri döyüb-öldürməkdir. O bildirib ki, guya, Azərbaycan iqtidarı onu öldürtdürüb günahı ermənilərin üzərinə yıxmaq istəyir.
Videogörüntüyə yazılan şərhlərdən isə belə görünür ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığını artıq gizlətməyən Orduxan Bəbirova inananlar yoxdur. Görüntünü şərh edən izləyicilər Orduxanı xaricdəki azərbaycanlıların döyülməsinə seyirci mövqedə qalmaqda, qaçıb gizlənməkdə, ermənilərdən qorxmaqda ittiham edirlər. Hətta onu ermənilərlə işbirliyində ittiham edənlər də az deyil.
Orduxanı Bəbirovdan azərbaycanlıların Belçikada və digər Avropa ölkələrində ermənilərə qarşı keçirdiyi aksiyalarda gözə dəyməməsinin hesabını soruşanlar da az deyil. Bunların da bir qisminin Avropada yaşayan azərbaycanlılar olduğunu müşahidə etmək çətin deyil. Videonu izləyənlər şərhlərdə Orduxanı Avropa xüsusi xidmət orqanlarının agenti, satqın, vətənini pula dəyişən şəxs kimi xarakterizə edirlər. Orduxan Bəbirovun vətən sevgisinin şəxsi maraqlardan uzaq getmədiyini bildirən sosial şəbəkə istifadəçiləri onu “söyüş atəşi”nə tutmaqla bu cür saxtakarların çıxışlarından artıq bezdiklərini qeyd edir, belələrinə məhəl qoymamağa çağırırlar.//Modern.az