Saxta vətənpərvərlərin hədəfi: Azərbaycanı parçalamaq və... - ŞOK FAKTLAR

 14:44 27.07.2020     980

“İyulun ortasında ermənilərin Tovuz istiqamətində bir neçə gün ərzində atəşkəsi pozmaları, bunun ardınca dünyanın müxtəlif ölkələrində erməni diasporunun üzvləri, hazırlıqlı mütəşəkkil bandqruplar tərəfindən həmyerlilərimizə hücumlar zamanı Avropa və Amerikadakı saxta vətənpərvər müxalifətçilərin etdikləri çağırışlar, davranışları bir daha onların əsl simalarını nümayiş etdirdi. Dünənə kimi onların xaricdən maliyyələşmələrinə inanmayanlar da reallığı gözləri ilə görmüş oldular”.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O bildirib ki, xaricdə yaşayan və  özünü azərbaycanlı adlandıran bəzi şəxslər Nikol Paşinyanın sseanarisi üzərindən Azərbaycana qarşı təbliğat apardılar:

“Diqqət edin, Paşinyanın, erməni diasporlarının sözləri ilə Sevinc Osmanqızının, Arif Məmmədovun, Arif Yunusun, Orduxanın dedikləri necə üst-üstə düşür. Onların hər biri Tovuz təxribatlarında, xaricdə olan qarşıdurmalarda Azərbaycan hakimiyyətini günahlandırırlar. Guya hakimiyyət daxili proseslərdən vətəndaşların diqqətini digər istiqamətlərə çəkməyə çalışır. Bu iddia ilə Ermənistan hakimiyyəti də çıxış edir. Bütün bu hadisələr bir daha onu göstərir ki, həmin o qruplar milli maraqları bir kənara qoyub, Azərbaycanı düşmənə satırlar. Onlar təkcə iqtidara deyil, Azərbaycan xalqına, dövlətinə müxalifdirlər”.

Politoloq bildirib ki, S. Osmanqızı və digərləri həqiqəti gizlədib, düşmənin maraqlarına xidmət edirlər:

“Azərbaycanlı olan hər kəs ölkəsinin maraqlarını müdafiə etməlidir. Xaricdə yaşayan həmvətənlərimiz ermənilərə cavab olaraq müəyyən addımlar atdı. Bunu başqa tərəfə çəkməyə gərək yoxdur. Əllərində müəyyən auditoriya olan bu şəxlər düşmən tərəfdə yer alıblar. Onlar əslində dövlətə qarşı deyil, xalqın əleyhinə çıxış edirlər. Son çıxışları sayəsində bütün Azərbaycan xalqı onların satqın simasını bir daha gördü”.

Z. Məmmədov sözlərinə görə, onların əsl hədəfi Azərbaycanda xalq ilə iqtidar arasında vətəndaş müharibəsini başlatmaq, hakimiyyəti tənqid etmək adı altında sadə vətəndaşları öz tərəflərinə çəkmək və dövləti zəiflətməkdir:

“Onlar xarici kəşfiyyat orqanlarının, erməni fondlarının, və s. kimi donorların vasitəsiylə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edilir və anti-Azərbaycan təbliğatının başında gedirlər. Tovuz hadisələri onların iç üzlərini daha da dərin şəkildə açmış oldu”.

Mahir Xəttab \ Redaktor.az