Prezident Şəkidə modul tipli xəstəxanaya baxış keçirib

 12:58 30.07.2020     737

İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu.

Dövlətimizin başçısına məlumat verilib ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.

Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb.

Dövlətimizin başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışdı, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb.

Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd edib.

Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən