Millət vəkili: Hazırda maaş kartımda 9 min 860 manat var

 10:23 01.08.2020     6093

“Mart-avqust aylarında maaş, bayram payları, məzuniyyət haqqı ilə birlikdə təxminən 20 min manat almışam. Maaşdan başqa gəlirim yoxdur”.

Redaktor.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E. Qədirli xərclərini də açıqlayıb:

1) 4000 manat - Çeşidli xeyriyyə işləri 

2) 2400 manat - Anamın evində təmir işləri

3) 1500 manat - Avtomobilimin təmiri

4) 1000 manat - Saytın qurulması

5) Başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Millət vəkili qeyd edib ki, hazırda maaş kartında 9860 manat 59 qəpik var:

"Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon ("Xiaomi"), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.