Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

 14:41 06.08.2020     839

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə spiker Sahibə Qafarova bildirib.

İclasda gündəlikdə olan bir sıra məsələlər müzakirə ediləcək.

Andiçmədə valideynlərin iştirakı qadağandır - Müdafiə Nazirliyi

 15:10 06.08.2020     1351

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.